Kuba hökuməti 2 mindən çox məhbusu əfv edib


  • 13:03

Kuba hökuməti 2010 məhbusun əfvini elan edib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hökumət qərarın Müqəddəs Həftə şənlikləri ilə əlaqədar verildiyini bildirib.

Bəyanatda qeyd olunub ki, bu qərar həbsxanadakı məhbusların yaxşı davranışı və sağlamlığı nəzərə alınmaqla verilib. Əfv edilən 2010 məhbus arasında gənclər, qadınlar, 60 yaşdan yuxarı yetkinlər, azadlığa çıxmaq üzrə olanlar, xaricdə yaşayan əcnəbilər və Kuba vətəndaşları var.

Vurğulanıb ki, əfv edilən şəxslərin siyahısına cinsi təcavüz, zorakı cinayətlər, qətl, narkotik cinayətləri, oğurluq, heyvan qırğını, uşaq istismarı və hakimiyyət əleyhinə cinayətlərdə məhkum edilmiş şəxslər daxil deyil.

Bildirilib ki, Kuba hökuməti 2011-ci ildən bəri 11.000-dən çox insana əfv verib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər