​​​​​​​Bəhreyn son 24 saat ərzində İrandan buraxılan 16 PUA-nı zərərsizləşdirib


  • 14:20

Bəhreyn son 24 saat ərzində İrandan buraxılan 16 pilotsuz uçuş aparatının (PUA) hava hücumlarından müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Bəhreyn ordusunun sosial media hesabında məlumat verilib.

Hücumlardan müdafiə sistemlərinin Bəhreyni hədəf alan İranın hücum dalğalarına qarşı yüksək hazırlıq vəziyyətində olduğu qeyd edilən açıqlamada həmçinin müharibənin əvvəlindən bəri İrandan buraxılan 188 raket və 445 PUA-nın hava hücumlarından müdafiə sistemləri tərəfindən məhv edildiyi bildirilib.

Qeyd edək ki, 28 fevraldan bəri İran ABŞ və İsrailin hücumlarına cavab olaraq Bəhreyn də daxil olmaqla 7 ərəb ölkəsindəki ABŞ bazalarına və vacib yerlərə raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər