Ağ Ev 1,5 trilyon dollarlıq müdafiə büdcəsi təklifini təqdim edəcək


  • 15:17

Ağ Ev cümə günü 2027-ci maliyyə ili üçün rekord həcmdə - 1,5 trilyon dollar təşkil edəcək müdafiə büdcəsi layihəsini təqdim edəcək.

E-huquq.az xəbər verir ki, bu barədə “Breaking Defense” portalı məlumat yayıb.

"Qızıl Qübbə" raketdən müdafiə sistemi, gəmiqayırma və F-35 döyüş təyyarələri ilə bağlı proqramlara xərclərin artırılması planlaşdırılır.

Məlumata görə, Ağ Ev müxtəlif modifikasiyalı 85 ədəd F-35 qırıcı təyyarəsinin alınmasını təklif edəcək. 18 döyüş və 16 qeyri-döyüş gəmisinin tikintisi üçün 65,8 milyard dollar nəzərdə tutulub. Layihəyə görə, “Qızıl Qübbə” 17,5 milyard dollar alacaq.

Humay Eminqızı

Oxşar xəbərlər