- 16:34
Hazırda PURL vasitəsilə Ukraynaya silah tədarükünün dayandırıla biləcəyinə dair heç bir siqnal yoxdur.
E-huquq.az xəbər verifr ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O, İranla müharibə səbəbindən PURL proqramı üçün mümkün risklərdən danışarkən qeyd edib ki, PURL vasitəsilə silah tədarükünün dayandırıla biləcəyinə dair siqnallar yoxdur.
“Biz hələ 2023-cü ildə müşavirə keçirmişdik və mən o zaman hərbçilərə demişdim ki, ABŞ-dən gələn yardımın dayana biləcəyinə və ya məhdud və ödənişsiz olmaya biləcəyinə hazırlaşmalıyıq. Biz tədarükləri şaxələndirməli və müəyyən çatışmayan silah və sursatlara xərcləri azaltmalıyıq. Həmçinin demişdim ki, elə bir məqam gələ bilər ki, Ukraynaya hətta pul müqabilində belə silah verilməsin”, – dövlət başçısı bildirib.
Humay Eminqızı