- 17:23
İran ordusu pilotsuz uçuş aparatları ilə İordaniya və Küveytdə ABŞ ordusunun yerləşdiyi mövqelərə, həmçinin Bəhreyndə alüminium istehsalı zavoduna zərbələr endirib.
E-huquq.az xəbər verir ki, bu barədə İranın dövlət televiziya və radio şirkəti ordunun mətbuat xidmətinin bəyanatına istinadən xəbər yayıb.
“Bu gün səhər saatlarından etibarən İran silahlı qüvvələri İordaniyada ABŞ qüvvələrinin təchizat və logistika anbarı və yerləşdirilmə məntəqələrinə, Küveytdəki Arifcan düşərgəsində ABŞ zirehli briqadasının mexanikləşdirilmiş batalyonunun yerləşdiyi əraziyə, eləcə də Bəhreynin ən böyük alüminium zavoduna pilotsuz təyyarələrdən zərbələr endirib”, - məlumatda bildirilib.
Humay Eminqızı