İsrail ordusunun Livana hücumu nəticəsində 5 nəfər həlak olub


  • 17:09

Ötən gün İsrail ordusunun Livana hücumu nəticəsində 5 nəfər həlak olub.

E-huquq.az Livanın NNA xəbər agentliyinə istinadən xəbər verir ki, İsrailin Nəbatiyyə əyalətinə təşkil etdiyi iki ayrı hücumda bir nəfər həlak olub.

Yuhmur əş-Şəkif qəsəbəsinə hücumlar zamanı isə bir nəfər ölüb.

Livanın cənubundakı Tir əyalətinin Şaitiyə şəhərinə hücumlar zamanı isə 1 Suriya vətəndaşı həlak olub, 4 nəfər yaralanıb.

Bundan başqa, İsrailin Suhmur şəhərində cümə namazından sonra məsciddən çıxan insanları hədəf alan hücumundan sonra ölənlərin sayı 2 nəfərə çatıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər