Əbu-Dabiyə edilən hücumların qarşısı alındı: 12 nəfər yaralandı


  • 17:13
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabiyə edilən hücumların qarşısının alınması zamanı 12 nəfər yaralanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Əbu-Dabi hökuməti məlumat yayıb.

Bildirilib ki, bölgəni hədəf alan hücumlara qarşı hava hücumundan müdafiə sistemləri işə salınıb.

Açıqlamada qeyd olunub ki, hücumun qarşısını almaq üçün həyata keçirilən müdaxilə zamanı Əbu-Dabi Əmirliyinin Ajban bölgəsinə qəlpələr düşüb.

“Müvafiq orqanlar hadisə nəticəsində 6-sı Nepal, 5-i isə Hindistan vətəndaşı olmaqla 11 nəfərin yüngül və orta dərəcəli xəsarət aldığını təsdiqləyib. Həmçinin bir Nepal vətəndaşının ağır yaralandığı bildirilib”, – deyə məlumatda qeyd olunub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər