- 22:02
Tatarıstanda "Nijnekamskneftekim" zavodunda baş vermiş hadisə nəticəsində yeddi nəfərin həlak olduğu təsdiqlənib.
E-huquq.az xəbər verir ki, bu barədə "Sibur Nijnekamsk - Nijnekamskneftekim" şirkətinin rəsmi "Telegram" kanalında məlumat verilib.
"Hadisənin nəticələrinin aradan qaldırılması üzrə işlər davam etdirilir, konstruksiyaların sökülməsi və axtarış əməliyyatı aparılır. 3 aprel, cümə günü axşam saatlarına olan məlumata görə, yeddi nəfərin həlak olduğu təsdiqlənib", - məlumatda bildirilib.
Qeyd olunub ki, əməliyyat davam edir, daha beş nəfərin axtarışı aparılır.
"Beş nəfərin axtarışı davam edir. Axtarış-xilasetmə işləri fasiləsiz aparılır - axtarışlara Rusiya Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri və digər səlahiyyətli xidmətlər qoşulub. 200-dən çox insan və 20 ədəd texnika sutkalıq rejimdə çalışır", - şirkətdən əlavə edilib.