Məzmuna keç

Livanda üç BMT sülhməramlısı yaralandı

Ədisə sərhəd bölgəsində BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) müşahidə məntəqəsi atəşə tutulub və nəticədə üç sülhməramlı yaralanıb.

E-huquq.az xəbər verir ki, bu barədə UNIFIL sözçüsü Kendis Ardell məlumat verib.

"Hər üç hərbçi xəstəxanaya aparılıb, onlardan ikisi ağır vəziyyətdədir", – o deyib.

Onun sözlərinə görə, komandanlıq hadisənin təfərrüatlarını, o cümlədən postda baş verən yanğının səbəbini araşdırır.