- 00:02
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə sülh, ticarət və regional əməkdaşlığı müzakirə edib.
E-huquq.az xəbər verir ki, liderlər Türkiyə–Ukrayna ikitərəfli münasibətlərini, Ukrayna–Rusiya müharibəsində sülh axtarışlarını, eləcə də regional və qlobal prosesləri müzakirə edib.
Ərdoğan görüşdə Ukrayna ilə Rusiya arasındakı danışıqlara Türkiyənin dəstəyinin davam edəcəyini, bölgənin daha çox sülh və sabitliyə ehtiyacı olduğunu bildirib.
Türkiyə olaraq Qara dənizdə naviqasiya təhlükəsizliyinə böyük önəm verdiklərini və enerji təchizatı təhlükəsizliyinin vacibliyini qeyd edib. O həmçinin, Türkiyənin Ukrayna ilə qarşılıqlı ticarət dövriyyəsini artırmaqda qətiyyətli olduğunu və bunun üçün lazımi addımların atılmasının davam edəcəyini bildirib.
Türkiyə Prezidenti görüşdə Ukraynanın Körfəz ölkələri ilə münasibətlərini inkişaf etdirməsindən məmnunluğunu da ifadə edib.
***
16:53
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
E-huquq.az xəbər verir ki, Ərdoğan-Zelenski görüşü İstanbuldakı Dolmabağça Ofisində keçirilir.
***
16:34
Türkiyəyə işgüzar səfərə gələn Ukrayna Prezidenti Volodimir Zelenski ilə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın müzakirə edəcəyi məsələlər bəlli olub.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Burhanəddin Duran məlumat yayıb.
O bildirib ki, İstanbulda keçiriləcək görüşlərdə Ukrayna ilə ikitərəfli gündəmdə olan məsələlər, regional hadisələr, həmçinin İstanbul Prosesi başda olmaqla atəşkəsin təmin edilməsi və davamlı həll yollarına yönəlmiş səylərin müzakirə olunması nəzərdə tutulur.