- 17:27
Hindistanın Himaçal-Pradeş ştatında baş verən yol qəzası nəticəsində 4 nəfər ölüb, 18 nəfər isə xəsarət alıb.
E-huquq.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, sərnişin avtobusunun iştirakı ilə baş verən qəza zamanı nəqliyyat vasitəsi yoldan çıxaraq dərəyə aşıb. Avtobusda ümumilikdə 22 nəfər olub.
Bildirilir ki, ölənlər arasında iki kişi və iki qadın var. Yaralanan 18 nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib və hazırda müalicə alır.