- 09:29
İranın paytaxtı Tehrana gecə hücumları nəticəsində 6 uşaq həyatını itirib.
E-huquq.az xəbər verir ki, bu barədə Tehran Fövqəladə Hallar İdarəsi məlumat yayıb.
“Ötən gecə Tehranın bombalanması zamanı yaşı 10-dan az olan 6 uşaq həlak olub”, - məlumatda bildirilib.
Bundan əlavə, “Mehr” agentliyinin məlumatına görə, Tehranın cənub-şərq hissəsində bir neçə mərminin düşməsi nəticəsində yaşayış evi tamamilə dağılıb. Azı 3 nəfər həlak olub, 7 sakin isə xilasedicilər tərəfindən dağıntılar altından çıxarılaraq xəstəxanaya çatdırılıb.
Humay Eminqızı