- 09:29
Dağıstanın Dərbənd rayonunda su bəndinin dağılması səbəbindən 350-dən çox insan təxliyə edilib.
E-huquq.az xəbər verir ki, rayon administrasiyası “Telegram” kanalında bildirilib ki, təxliyə edilənlərin böyük hissəsi qohumlarının yaşadığı evlərə, digərləri isə müvəqqəti yerləşdirmə məntəqələrinə yerləşdirilib.
“Mühafizə qurğusunun dağılması nəticəsində su Mixaylovka, Duzlak, Zareçnaya, Sulepa, Urqun yaşayış məntəqələrinə və Mamedkala qəsəbəsinə dolub. Bələdiyyə başçısının tapşırığı ilə bu ərazilərin sakinləri ümumilikdə 358 nəfər olmaqla əvvəlcədən təxliyə edilib”- məlumatda bildirilib.
Qeyd olunub ki, zərərçəkənlər isti yemək və tibbi yardımla təmin olunur.
Mamedkala və Gedjux qəsəbələri arasındakı magistral yolda avtomobilləri sel aparıb.
Su basmış ərazidə 2 nəfər həlak olub, 7 nəfər xilas edilib.
Bildirilib ki, bütün fövqəladə xidmətlər daşqının nəticələrinin aradan qaldırılması üçün işlər aparır.
Humay Eminqızı