Məzmuna keç

İsfahana gecə zərbələri nəticəsində 13 nəfər həlak olub

Azı 13 mülki şəxs İranın mərkəzində yerləşən İsfahan vilayətinin Bəharistan rayonunda yerləşən yaşayış məntəqəsinə ABŞ–İsrail qüvvələrinin hava zərbəsi nəticəsində həlak olub.

E-huquq.az xəbər verir ki, bu barədə Bəharistanın qubernatoru məlumat verib.

O bildirib ki, hava hücumu zamanı Kaleh-Mir adlı kiçik şəhərcikdə iki yaşayış evi dağıdılıb: “Hazırda dağıntıların təmizlənməsi işləri davam edir, xilasedicilər sağ qalan insanları tapmağa çalışırlar”.

Humay Eminqızı