İki avtomobil toqquşdu: 4 nəfər öldü, 2 nəfər yaralandı


  • 11:37

Türkiyənin Eskişehir şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Eskişəhərin Sivrihisar rayonunda iki avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb.

Hadisə yerinə polis, jandarma, tibb və xilasetmə briqadaları göndərilib.

Yaralılar tibb qrupları tərəfindən xəstəxanaya aparılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər