Türkiyədə güclü qar yağdı, evlər qar altında qaldı


  • 11:54

Türkiyənin Ardahan şəhərində güclü qar bir sıra fəsadlar törədib.

E-huquq.az xəbər verir ki, Ardahan və Artvin arasında təxminən 2580 metr yüksəklikdə yerləşən Bülbülan Yaylasındakı evlər qar altında qalıb.

Yağan güclü qar yolların bağlanmasına səbəb olub.

Şaxtalı havanın nə vaxta qədər davam edəcəyi barədə məlumat verilməyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər