- 13:47
İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 72 302 nəfərə çatıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusu atəşkəsə baxmayaraq Qəzzaya hücumlarını davam etdirir.
Qəzza Səhiyyə Nazirliyindən verilən məlumata görə, son 24 saatda Qəzzada 7 nəfər ölüb, 17 yaralı xəstəxanalara çatdırılıb.
Qəzzada atəşkəsin qüvvəyə mindiyi 10 oktyabr 2025-ci ildən bəri İsrailin hücumları nəticəsində 723 nəfər ölüb, 1990 nəfər yaralanıb, dağıntılar altından 759 cəsəd çıxarılıb.
Beləliklə İsrailin 2023-cü ilin oktyabrından Qəzza zolağına hücumları nəticəsində ölənlərin ümumi sayı 72 302 nəfərə çatıb, 172 090 nəfər yaralanıb.
Qəzzada minlərlə cəsədin hələ də dağıntılar altında olduğu bildirilir.
Şəbnəm Mehdizadə