SEPAH-ın kəşfiyyat rəisi öldürülüb


  • 12:19

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat İdarəsinin rəisi Seyid Məcid Xademi öldürülüb.

E-huquq.az xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.

Onun ABŞ və İsrailin hava hücumları nəticəsində öldürüldüyü qeyd edilib.

Açıqlamada Xademinin yarım əsr ərzində kəşfiyyat və təhlükəsizlik sahələrində ölkəyə əhəmiyyətli, qalıcı və ibrətamiz töhfələr verdiyi qeyd edilib.

Xademinin harada öldüyü ilə bağlı məlumat verilməyib.

Dəfn mərasimi ilə bağlı detalların daha sonra açıqlanacağı bildirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər