- 13:47
"ABŞ və İsrail mülki əhalini hədəf almağa davam edərsə, cavab zərbələri daha dağıdıcı və geniş olacaq.
E-huquq.az xəbər verir ki, bu barədə İran ordusu məlumat yayıb.
İran Silahlı Qüvvələrinin döyüş aparan bölməsi olan Xatəmül-Ənbiya Mərkəzi Qərargahının sözçüsü, polkovnik-leytenant İbrahim Zülfiqari ABŞ və İsrailin mülki şəxsləri hədəf alan hücumlarına qarşı xəbərdarlıq edib. O bildirib ki, mülki hədəflərə hücumlar təkrarlanarsa, hücum və cavab əməliyyatlarının sonrakı mərhələləri çox daha böyük və genişmiqyaslı olacaq.
"Onların bu yanaşmada israrlı olması öz itki və zərərlərini qat-qat artıracaq" - deyə İran rəsmisi bildirib.
Şəbnəm Mehdizadə