- 13:47
ABŞ-nin İrana qarşı hərbi əməliyyatı nəticəsində əldə edilən gəlir və əlavə xərclərlə bağlı Səudiyyə Ərəbistanı iqtisadiyyatına dəyən maliyyə itkiləri 10 milyard dolları ötüb.
E-huquq.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” (WSJ) qəzeti məlumat verib.
Qəzet qeyd edir ki, ziyan krallığın neft ixracına mənfi təsir göstərən Hörmüz boğazında gəmi daşımalarına qoyulan məhdudiyyətlər, İranın cavab zərbələri nəticəsində dəymiş qismən hərbi ziyan və “Formula 1” yarışı kimi böyük beynəlxalq tədbirlərin ləğvi ilə bağlıdır.
Bu fonda ölkə hakimiyyəti və iri dövlət şirkətləri cari xərcləri azaltmaq məqsədilə böyük infrastruktur layihələrinin həyata keçirilmə qrafikini, o cümlədən yeni göydələnlərin tikintisini yenidən nəzərdən keçirirlər.
Qəzetdə qeyd edilib ki, Səudiyyə Ərəbistanı müdafiə büdcəsinin sürətlə artırılmasını nəzərdən keçirir ki, bu da vəsaitlərin yenidən bölüşdürülməsini tələb edir.
Humay Eminqızı