Moskvada uşaq bağçasında yanğın - 250 nəfər təxliyə edildi


  • 16:31

Rusiyanın paytaxtı Moskvada məktəbəqədər təhsil müəssisəsində yanğın baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə məktəbin direktoru Tamara Çujmarova məlumat verib.

Hadisə Prireçnaya küçəsi, 1596 nömrəli məktəbin, 5 saylı binasının 1-ci korpusunda yerləşən məktəbəqədər təhsil müəssisəsində qeydə alınıb.

Yanğına səbəb qrup otağında paltar qurudan elektrik cihazının alışması olub.

222 uşaq və 30 heyət üzvü təxliyə edilib.

Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Humay Eminqızı

Oxşar xəbərlər