- 17:35
İran ABŞ-nin atəşkəs təklifini rədd edib.
E-huquq.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Asmaeil Baqaei mətbuat konfransında bildirib ki, atəşkəs qarşı tərəfə yenidən toplaşmağa və hücumları bərpa etməyə imkan verəcək.
"Atəşkəs qüvvələrin yenidən qurulması üçün bir fürsət deməkdir. Heç bir rasional aktor bunu qəbul etməz", - deyən Bəqai bildirib.
O, rəsmi Tehranın yalnız müharibənin yeni dövrünün qarşısını almaq üçün konkret zəmanətlər ehtiva edən tənzimləmələri nəzərdən keçirəcəyini vurğulayıb.
İran rəsmisi bildirib ki, qərarlar yeni hücum ehtimalını tamamilə aradan qaldırmaq üçün hazırlanmalıdır.
Şəbnəm Mehdizadə