- 17:35
Pakistanla münaqişə zamanı 761 nəfər ölüb, 621 nəfər yaralanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Əfqanıstan hökumətinin sözçünün müavini Həmdullah Fitrət məlumat verib.
Sözçü Pakistanın hücumları nəticəsində 27 min 407 ailənin didərgin düşdüyünü bildirib.
Pakistanın informasiya naziri Attaullah Tarar isə toqquşmalarda 796 Əfqanıstan silahlısının öldürüldüyünü, 1043-dən çoxunun isə yaralandığını bildirib.
Tarar həmçinin Əfqanıstanda 286 nəzarət-buraxılış məntəqəsinin və 249 tankın, zirehli texnikanın və artilleriya qurğusunun məhv edildiyini, 44 nəzarət məntəqəsinin ələ keçirildiyini bildirib.
Nazir hava hücumlarında Əfqanıstan daxilində 81 terror hədəfinin və terrora dəstək infrastrukturunun hədəf alındığını qeyd edərək, Hayber Paxtunxva əyalətində baş verən qarşıdurmalarda 37 yaraqlının zərərsizləşdirildiyini, 80-dən çox silahlının isə yaralandığını bildirib.
Şəbnəm Mehdizadə