- 17:35
ABŞ və İsrail döyüş təyyarələri İranın paytaxtı Tehranda süni intellekt infrastrukturunu hədəfə alıb.
E-huquq.az İran mediasına istinadən xəbər verir ki, hücum Şərif Texnologiya Universitetində yerləşən məlumat mərkəzini hədəf alıb.
İranın ən nüfuzlu universitetlərindən birinin rektoru Məsud Tehrançi videomüraciətində hücumu pisləyib və bildirib ki, universitet elm və mədəniyyətin yayılmasına həsr olunmuş bir qurumdur.
Hücum zamanı itkilər barədə məlumat verilməyib.
Şəbnəm Mehdizadə