- 20:49
ABŞ Prezidenti Donald Tramp İran neftinə nəzarət etmək üçün bu ölkə ilə müharibənin davam etdirilməsində maraqlı olduğunu bildirib.
E-huquq.az xəbər verir ki, o, bu barədə Ağ Evdəki Pasxa tədbirində bildirib.
"Əgər bu məndən asılı olsaydı, mən müharibəni davam etdirərdim. Nefti götürərdim, onu özümə saxlayardım və biz çoxlu pul qazanardıq", - o deyib.
Bununla yanaşı, Tramp vurğulayıb ki, ABŞ cəmiyyəti müharibənin başa çatmasının tərəfdarıdır və o, bunu nəzərə almaq niyyətindədir.
O, xalqı xoşbəxt etmək istədiyini söyləyib.