Əraqçi yaponiyalı həmkarı ilə telefon danışığının detallarını açıqladı


  • 6 Aprel 23:30

İranın istehsalat və enerji infrastrukturlarına hücum hədəsi ABŞ ilə İsrailin cəzalandırılması üzrə məsuliyyətini ikiqat artırır.

E-huquq.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi yaponiyalı həmkarı Toşimitsu Moteqi ilə telefon danışığında bildirib.

"ABŞ rəsmilərinin İranın enerji infrastrukturlarına hücum hədəsi ilə bağlı ritorikası pislənib və hava zərbələrinin region, bütün beynəlxalq ictimaiyyət üçün nəticələri barədə xəbərdarlıq edilib", - A.Əraqçi bildirib.

O vurğulayıb ki, İran ABŞ və İsrailin hücumları qarşısında özünün suverenlik və ərazi bütövlüyünün hərtərəfli müdafiəsinə davam edəcək.

T.Moteqi diplomatiyaya müraciət etməyin zəruri olduğunu deyib.

"Yaponiya müharibənin dayandırılması üçün regional və beynəlxalq səviyyədə həyata keçirilən mövcud səyləri dəstəkləyir", - o əlavə edib.

Xarici işlər nazirləri konsulluq məsələləri ətrafında da fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər