Türkiyədə sərnişin avtobusunda 53 qanunsuz miqrant aşkarlanıb


  • 7 Aprel 11:37

Türkiyənin Yozqat şəhərində boş vəziyyətdə olan bir sərnişin avtobusunun baqaj bölməsində 53 qanunsuz miqrant aşkarlanıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ilə əlaqədar olaraq 6 nəfər miqrant qaçaqçılığı ittihamı ilə həbs olunub.

Qanunsuz miqrantlar isə müvafiq prosedurlar tamamlandıqdan sonra deportasiya edilmək məqsədilə miqrasiya idarəsinə göndərilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər