İstanbulda İŞİD-ə qarşı əməliyyatda 17 nəfər saxlanıldı


  • 11:40

Türkiyənin İstanbul şəhərində İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatda 17 şübhəli şəxs saxlanılıb.

E-huquq.az Türkiyə mətbutına istinadən xəbər verir ki, İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin qrupları İstanbul Baş Prokurorluğunun koordinasiyası altında İŞİD-in fəaliyyətini dayandırmaq və ifşa etmək məqsədilə əməliyyat həyata keçirib. Əməliyyat çərçivəsində münaqişə zonalarında fəaliyyət göstərən terror təşkilatının üzvləri ilə əlaqədə olan şübhəlilərin şəxsiyyətləri və ünvanları müəyyən edilib.

Polis qrupları müəyyən edilmiş ünvanlarda eyni anda əməliyyatlar həyata keçirərək 17 şübhəlini saxlayıb.

Saxlanılan şəxslər polis bölməsinə aparılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər