- 14:22
İsrailin Livanın cənubundakı şəhərlərə həyata keçirdiyi hava hücumları nəticəsində 5 nəfər həyatını itirib.
E-huquq.az xəbər verir ki, Livan rəsmi xəbər agentliyi NNA-nın verdiyi məlumata görə, hücumlar regionda geniş bir təhlükə və faciəvi vəziyyət yaradır, mülki şəxslər arasında itkilər davam edir.
Belə ki, İsrail ordusu səhər saatlarında Tir əyalətinin Mereke şəhərinə hava hücumları təşkil edib. Hücumlar nəticəsində 3 nəfər həlak olub, 1 nəfər isə yaralanıb.
Başqa bir hücumda, İsrail pilotsuz təyyarəsi Nəbatiyyə qubernatorluğunun Deyr Zehrani şəhərində bir evi hədəf alıb. Bu hücumda 1 nəfər həyatını itirib.
Nəbatiyyə bölgəsinin Zibdin şəhərinə edilən hücumda da 1 nəfər ölüb.
İsrail təyyarələri, həmçinin Əyn Qana, Ərəbsəlim, Tebnin, Xoş, Karf Donin, Batulai, Serire və Katrani şəhərlərini də hədəfə alıblar. Katrani şəhərində edilən hücum nəticəsində 9 nəfərin yaralandığı bildirilib.
Şəbnəm Mehdizadə