ABŞ və İsrailin hücumları nəticəsində İranda 763 məktəb zərər görüb


  • 12:47

ABŞ və İsrailin hücumları nəticəsində İranda 763 təhsil mərkəzi və məktəbi zərər görüb.

E-huquq.az xəbər verir ki, bunu "Mehr" xəbər agentliyinə açıqlamasında İran Qızıl Aypara sözçüsü Mojtaba Xalidi deyib.

O, hücumlar zamanı ölkə daxilində müxtəlif obyektlərin hədəf alındığını bildirib.

Bildirib ki, hücumlarda 98 000 ticarət obyekti və 326 səhiyyə mərkəzinin ciddi zərər görüb.

Xalidi bu səhiyyə mərkəzlərindən 49-unun ciddi şəkildə ziyan gördüyünü vurğulayıb.

O, həmçinin, 20 Qızıl Aypara yardım və xilasetmə müəssisəsinin də hücuma məruz qaldığını bildirib.

Hücumlar nəticəsində 4 Qızıl Aypara işçisi həlak olub, 18 nəfər isə yaralanıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər