- 15:09
ABŞ və İsrailin İranın şimalındakı Əlborz vilayətinə endirdiyi zərbələr nəticəsində ikisi azyaşlı uşaq olmaqla azı 18 mülki şəxs həlak olub.
E-huquq.az xəbər verir ki, bu barədə qubernator müavini Qodrətulla Seyf məlumat yayıb.
O bildirib ki, hücum nəticəsində azı 24 nəfər də yaralanıb.
Qubernator müavini qeyd edib ki, ABŞ və İsrailin hərəkətləri cavabsız qalmayacaq və bu cür hər bir cinayət yalnız İran xalqının təcavüzkarlara qarşı mübarizədə qətiyyətini daha da gücləndirir.
Humay Eminqızı