- 15:09
İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 72 312 nəfərə çatıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusu atəşkəsə baxmayaraq Qəzzaya hücumlarını davam etdirir.
Qəzza Səhiyyə Nazirliyindən verilən məlumata görə, son 24 saatda Qəzzada 10 nəfər ölü, 44 yaralı xəstəxanalara çatdırılıb.
Qəzzada atəşkəsin qüvvəyə mindiyi 10 oktyabr 2025-ci ildən bəri İsrailin hücumları nəticəsində 733 nəfər ölüb, 2034 nəfər yaralanıb, dağıntılar altından 759 cəsəd çıxarılıb.
İsrailin 2023-cü ilin oktyabrından Qəzza zolağına hücumları nəticəsində ölənlərin ümumi sayı 72 312 nəfərə çatıb, 172 134 nəfər yaralanıb.
Humay Eminqızı