Le Min Hınq Vyetnamın baş naziri seçildi


  • 13:56

Vyetnam Milli Məclisi Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Təşkilat şöbəsinin rəhbəri Le Min Hınqı 2026-2031-ci illər dövrü üçün ölkənin baş naziri seçib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, səsvermə paytaxt Hanoyda davam edən ali qanunverici orqanın 16-cı çağırışının birinci sessiyası zamanı keçirilib.

Le Min Hınqın namizədliyi iclasda iştirak edən 495 deputat tərəfindən yekdilliklə təsdiqlənib ki, bu da cari ilin mart ayında seçilmiş Milli Məclisin 500 üzvünün ümumi sayının 99 faizini təşkil edir.

Humay Eminqızı

Oxşar xəbərlər