Türkiyədə zəlzələ oldu


  • 14:14

​​​​Türkiyənin Dənizli vilayətinin Güney rayonunda 4 bal gücündə zəlzələ baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ 11,11 kilometr dərinlikdə qeydə alınıb.

Hazırda zəlzələ nəticəsində hər hansı ciddi fəsadın olub-olmadığı barədə məlumat verilmir.

AFAD əhalini sakit olmağa və rəsmi xəbər mənbələrini izləməyə çağırıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər