- 15:09
Mərkəzi Şanlıurfa vilayəti olmaqla Türkiyənin 8 vilayətində İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat həyata keçirilib.
E-huquq.az Türkiyə mətbutına istinadən xəbər verir ki, polis əməkdaşları İŞİD üzvü olmaqda və təşkilatı maliyyələşdirməkdə şübhəli bilinən şəxslər barədə istintaq aparıb.
Bu çərçivədə Şanlıurfa, Ankara, İstanbul, Qaziantep, Diyarbəkir, Aydın, Samsun və İzmirdə 39 ünvanda eyni vaxtda keçirilən əməliyyatlarda 36 şübhəli saxlanılıb.
Əməliyyat zamanı ünvanlarda aparılan axtarışlar nəticəsində çoxsaylı təşkilati və rəqəmsal materiallar müsadirə olunub.
Polis əməkdaşları istintaqın davam etdiyini bildirir.
Şəbnəm Mehdizadə