- 15:09
Fransanın şimalında sürət qatarı hərbi yük maşını ilə toqquşub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə səhər saatlarında Fransanın Pas-de-Kale əyalətində, Betyun və Lens şəhərləri arasında meydana gəlib.
Dunkerk stansiyasından Parisə gedən sürət qatarının hərbi yük maşını ilə toqquşması nəticəsində maşinist ölüb və 13 sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar arasında ikisinin vəziyyəti ağırdır.
Qəzanın səbəbi ilə bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.
Fransanın nəqliyyat naziri Filipp Tabarot qəzanın baş verdiyi əraziyə gedəcəyini açıqlayıb.
Həmçinin səlahiyyətlilər Pas-de-Kale əyalətini və ümumilikdə Hauts-de-France bölgəsini əhatə edən dəmir yolu nəqliyyatının dayandırıldığını bildirib.
Qəza nəticəsində dəmir yolu xəttində elektrik kəsilməsi baş verib və bu, xüsusilə Bethune-Lille, Lille-Lens və Lille-Douai xətlərində xidmətlərin dayanmasına səbəb olub.
Texniki qrupların dəmir yolu xidmətlərini bərpa etmək üçün çalışmalarını davam etdirdiyi qeyd olunub.
Şəbnəm Mehdizadə