Məzmuna keç

Türkiyədə zavodda yanğın: 3 nəfər tüstüdən zəhərləndi

Türkiyənin Kayseri vilayətinin Melikgazi rayonunda yerləşən polad zavodunda yanğın baş verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə yanğınsöndürmə briqadaları və təcili tibbi yardım xidmətinin əməkdaşları cəlb olunub.

Tüstüdən zəhərlənən üç fəhləyə ilkin tibbi yardım göstərildikdən sonra onlar müalicə üçün xəstəxanaya aparılıblar.

Yanğın qısa müddətdə nəzarət altına alınaraq söndürülüb. Daha sonra ərazidə soyutma işləri aparılıb.

Hadisə nəticəsində zavodun bir hissəsinə maddi ziyan dəyib.

Şəbnəm Mehdizadə