"Visa" beynəlxalq kart təşkilatı ölkənin işğal olunmuş ərazilərində öz brendi altında ödəniş kartları ilə bankomatlarda əməliyyatların aparılmasını tam dayandırıb.
E-huquq.az xəbər verir ki, bu qərar müəyyən edilmiş faktlardan sonra qəbul edilib.
Mövcud problemin həlli istiqamətində əsaslı addımlar atan ilk beynəlxalq kart təşkilatı kimi "Visa" bu ərazilərdə Ermənistan banklarının quraşdırdığı 20-dən çox bankomatda təşkilatın brendini daşıyan ödəniş kartları ilə nağd və nağdsız formada əməliyyatların aparılmasını dayandırıb.
Xatırladaq k, "Visa" Azərbaycanda 1997-cı ildən etibarən fəaliyyət göstərir. Yerli bankların emissiya etdiyi "Visa" brendli ödəniş kartlarının ümumi sayı 3 milyona ədədə yaxındır.
Mənbə: Report
