Ermənistanın keçmiş prezidenti Robert Koçaryanı zaminə buraxmış hakim David Qriqoryanın vəzifə səlahiyyəti dayandırılıb.
E-huquq.az verir ki, bu barədə Ermənistanın Ali Məhkəmə Şurası məlumat yayıb.
Bildirilib ki, Şura D.Qriqoryanı “Xidməti saxtakarlıq” maddəsinin 3 epizodu üzrə ittiham edərək ona qarşı cinayət işinin başlanmasına razılıq verib.
Qeyd edək ki, iyulun17-də D.Qriqoryanın kabinetində axtarış aparılıb və qapısı möhürlənib.
Mənbə: Report
