Məzmuna keç

Azərbaycanlı turistləri daşıyan avtobus Türkiyədə aşdı, 14 nəfər yaralandı

Azərbaycanlı turistləri daşıyan avtobus Türkiyədə aşdı, 14 nəfər yaralandı

Türkiyənin Nevşehir vilayətində azərbaycanlı turistlərin olduğu avtobus aşıb.

E-huquq.az xəbər verir ki, hadisə nəticəsində 14 nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin normal olduğu deyilir.

Hadisə Kappadokiya rayonunda qeydə alınıb. Qəzaya uğrayan avtobusda 18 azərbaycanlı turist olub.