Lavrov: "Terrorla mübarizə ikili standartlar tətbiq etmədən aparılmalıdır"


  • 30 Yanvar 2023 21:56

"Terrorla mübarizə iki standartlar tətbiq etmədən, siyasi məqsədlərinə nail olmaq üçün terrorçularla əməkdaşlıq etmədən aparılmalıdır. Ancaq bəzi Qərbli həmkarlarımız bu səhvə yol verir".

E-huquq.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada pakistanlı həmkarı Bilaval Bhutto Zardari ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

O, Pakistanın Pişavar şəhərində məsciddə partlayış zamanı ölənlərlə bağlı başsağlığı verib.

Lavrov Zardari ilə görüşdə Əfqanıstandakı vəziyyəti müzakirə etdiklərini də qeyd edib: "Burada terror təhlükəsinin aradan qaldırılması müzakirə mövzusudur. Təəssüf ki, bu, Əfqanıstan ərazisində indiyədək baş verməyib, ancaq səylər göstərilib. Bu istiqamətdə işlər aparılır. Bu məsələdə Şanxay Əməkdaşlıq Təşkilatının imkanlarından istifadə barədə razılıq əldə etmişik".

Eltac Nurullazadə

Oxşar xəbərlər