- 20:07
Sabunçu rayonu ərazisində ayrı-ayrı 2 vətəndaşın yaşadıqları evlərdən naqil və təmir alətləri oğurlanıb.
E-huquq.az xəbər verir ki, nəticədə zərərçəkənlərə 2 min manata yaxın maddi ziyan vurulub.
Sabunçu Rayon Polis İdərəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətmiş 32 yaşlı O.Həsənzadə saxlanılıb.
Yasamal rayonunda isə bir evdən 3500 manat dəyərində qızıl-zinət əşyası oğurlamış, əvvəllər dəfələrlə məhkum olunmuş 51 yaşlı A.Şahverdiyeva saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.