- 17 May 20:07
Xırdalanda 35 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov e-huquq.az-a bildirib ki, hadisə mayın 16-da saat 22 radələrində baş verib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü İ.Novruzov saxlanılaraq istintaqa təhvil verilib.
***
Xırdalan şəhərində dəhşətli qətl hadisəsi baş verib.
E-huquq.az xəbər verir ki, 1990-cı il təvəllüdlü Heybət Mahir oğlu Quliyevin küçədə meyiti tapılıb. Onun boğazının kəsildiyi bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.