Bakıda çay evi yandı


  • 12:17

Bakı şəhərinin Nəsimi rayonunda yanğın olub.

E-huquq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 250 m² olan ikimərtəbəli müxtəlif təyinatlı obyektin ikinci mərtəbəsində çay evinin mətbəxində 1 ədəd məişət avadanlığı qismən və 2 paq.m elektrik kabeli yanıb.

Yüksək temperaturdan 3 ədəd məişət avadanlığı qismən qarsalanıb.

Çay evi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər