- 12:17
Xaçmaz rayonunun Nabran kəndində yanğın olub.
Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, ümumi sahəsi 12 m² olan vaqonun yanar konstruksiyaları yanıb. Yüksək temperaturdan yaxınlıqdakı vaqonun 2 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib. Vaqonun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.