Göyçayda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verdi


  • 00:06

Göyçayda avtomobil piyadanı vurub.

E-huquq.az xəbər verir ki, bu gün saat 22 radələrində Göyçay şəhəri ərazisində Yasin Yaqubov idarə etdiyi “VAZ” markalı avtomobillə piyada, 1989-cu il təvəllüdlü Elman Hüseynovu vurub . Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı Göyçay Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Oxşar xəbərlər