Bakıda əlibıçaqlı qadın avtobusda təşviş yaratdı - VİDEO


  • 10:44

Bakıda ictimai nəqliyyatda kəsici alətlə (bıçaq) qeyri-adekvat hərəkətlər edən qadın saxlanılıb

E-huquq.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib.

Qeyd olunub ki, Bakıda ictimai nəqliyyatda kəsici alətlə qeyri-adekvat hərəkətlər edən 1957-ci il təvəllüdlü qadın polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində qanunamüvafiq tədbirlər görülüb.

Oxşar xəbərlər