Goranboyda bacısına xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı - YENİLƏNDİ


  • 31 May 09:33

Goranboyda bacısına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan e-huquq.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində G.Nəcəfovaya kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 32 yaşlı Samir Nəcəfov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

08.01

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, hadisə rayonun Nizami kəndində qeydə alınıb.

Belə ki kənd sakini 1987-ci il təvəllüdlü G. Abbasova boğazının kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Dərhal qadına yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə G. Nəcəfovanı aralarında baş verən mübahisə zamanı qardaşı 1993-cü il təvəllüdlü S. Nəcəfov bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər