- 09:20
Bakı şəhəri, Səbail rayonu, Şıx çimərliyi yaxınlığında açıq sahədə baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.
Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Yanğın nəticəsində 1 hektar sahədə məişət və təkər tullantıları yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.
***
12:02
Bakı şəhəri Səbail rayonu Şıxov çimərliyi yaxınlığında açıq sahədə quru ot yanır.
E-huquq.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhəri, Səbail rayonu Şxov çimərliyi yaxınlığıbda açıq sahədə sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.