- 11:29
Bu gün saat 13:10-da 12 saylı cəzaçəkmə müəssisənin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyü uçmuş, nəticədə bir nəfər məhkum xəsarət almışdır.
E-huquq.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat verilib.
Müəssisədə cəza çəkən digər məhkumlar və müəssisənin işçi heyəti arasında xəsarət alan olmayıb.
Onu da qeyd edək ki, xəbəri ilk olaraq ajans.az saytı yayıb.